• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 890
— 28.12.2020 20:20

Fəal əsgərlərdən olan şəhid Ayxan Musayev

KepezTV Player

44 günlük vətən müharibəsində bizə qələbəni yaşadan qəhrəmanlarımızdan nə qədər danışsaq azdır. Onlar adlarını əbədi olaraq bu millətin qəlbinə, silinməz tarixinə yazdılar. Həmin qəhrəmanlardan biri də Ayxan Musayevdir. Şəhidimizi yaxından tanıyaq.

Hərbi xidmətə gülə-gülə yollanıb, vətən borcunu yerinə yetirib, geri dönməsinə 3 ay qalmışdı Ayxan Musayevin. Ancaq ürəyində olan tükənməz vətən sevgisi onu irəli apararaq, ən ali zirvəyə ucaltdı.Subay olan 20 yaşlı əsgərdən geriyə qalan xatirələri indi ailəsi göz bəbəyi kimi qoruyub saxlayır.

Arxa-dayağını itirməsinə baxmayaraq, şəhid bacısının fəxrlə, məğrur, ürək dolusu qardaşından danışması qürurvericidir. Bacısı şəhidin arzularını dilə gətirir.

Döyüşlərdə qolundan yaralan Ayxan yarası tam sağalmadan yenidən cəbhəyə yollanıb. Şuşa uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib. Elə “Şuşadan sənə şad xəbər deyəcəm”- deyib anası ilə sonuncu dəfə danışanda. Lakin ağır yaralanaraq hospitala yerləşdirilir və 20 günə yaxın koma vəziyyətində qalır. Həkimlərin səylərinə baxmayaraq, noyabrın 28-də şəhidlik zirvəsinə ucalır.

Ayxan Musayevin qəhrəmanlığı dövlət tərəfindən yüksək qiymətləndirilib və o “Vətən uğrunda” medalı ilə təltif olunub.