• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 716
— 28.12.2020 20:00

Vətən müharibəsində adını tarixə yazan şəhidlər

KepezTV Player

Ordu dövlət birliyi 44 günlük vətən müharibəsində tarixi qələbəyə nail olmağa böyük zəmin yaratdı. Döyüş meydanında igid oğullarımız qəhrəmancasına vuruşaraq düşmənə sarsıdıcı zərbələr endirib işğalda olan torpaqlarımızı azad etdi. Bir sözlə vətən müharibəsində zəfəri hərbiçilərimiz canı, qanı bahasına əldə etdilər. Belə qəhrəman şəhidlərin ikisinin keçdiyi şərəfli yola nəzər salaq.

Gülər üz, səmimi olsa da həm də ağır təbiətli idi Mirmuraz Cəfərov. Elə vətən müharibəsində də silaha sarılaraq torpaqların azadlığı üçün vuruşan Mirmuraz sərrast atıcı olaraq düşmən hədəflərini dəqiq məhv edən döyüşçü olub. Könüllü cəbhəyə yollanan əsgər bununla komandirlərinin böyük rəğbətini də qazanıb. O, Murovdağ yüksəkliyinin, Füzuli, Cəbrayıl, Zəngilanın azad edilməsində qəhrəmanlıq göstərib. Qubadlının azadlığı uğrunda gedən ağır döyüşlərdə isə şəhid olub.

19 yaşlı Vahid Qurbanov da vətən müharibəsində qəhrəmancasına vuruşan igid oğullarımızdandır. Birinci Qarabağ döyüşlərində iştirak edən Vahidin babası Əli Babayev həmişə nəvəsinə keçdiyi döyüş yolundan danışıb. Babasının cəhə, müharibə söhbətləri ilə böyüyən Vahid özü də topaqlarımızın azadlığı uğrunda vuruşaraq şəhidlik zirvəsinə ucalıb. Vətən müharibəsinə Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşub.

Zəfər tariximizə hər iki şəhid canları, qanları bahasına öz adlarını qəhərman oğul kimi yazdırdılar. İllər, əsirlər keçsə belə şəhidlərin qəhrəmanlığı heç vaxt yaddan çıxmıyacaq. Çünki onlar ölkəmizi Vətən müharibəsində qalib edən oğullarımızdandır.

Elnur Vahidoğlu