KepezTV Player
Gəncə ŞBPİ-nin Cinayət Axtarış İdarəsi və Post-patrul Xidmətinin əməkdaşları birgə keçirdikləri tədbirlər nəticəsində şəhərin Kəpəz rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıblar. Obyektin sahibi Elmar Tanrıverdiyevlə bərabər 12 nəfər müştəri də qanunla müəyyən edilmiş qaydada saxlanılaraq ərazi üzrə Kəpəz Rayon Polis İdarəsinə gətirilərək barələrində qanunamüvafiq tədbir görülüb. Bundan başqa kafenin müştərisi Ələkbər Hüseynov üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğundan üzərinə qanunla müəyyən edilmiş qaydada baxış keçirilib və əl çantasından çəkisi 3.66 qram olan “Tiryək” aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.
- Baxış: 1131