• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1522
— 26.12.2020 18:19

Maska tələblərinə əməl etməyən şirkətlər üçün cərimələr artırılıb

KepezTV Player

Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələr artırılıb. Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə vəzifəli şəxslər 4000 manatdan 5000 manatadək məbləğdə cərimə ediləcək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs tətbiq olunacaq, hüquqi şəxslər 5000 manatdan 11 000 min manatadək məbləğdə cərimə ediləcək.