• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1827
— 26.12.2020 18:23

Yarım əsrlik tarixə malik universitet

KepezTV Player

UTECA-nın 50 illiyi münasibətlə onlayn yubiley tədbiri keçirilib. Üç minə yaxın tələbəsi, 4 fakültə, 14 kafedra, 276 professor-müəllim heyəti ilə universitet aparıcı xidmət və istehsalat müəssisələrilə əməkdaşlıq edir, beynəlxalq layihələrdə iştirak etməklə xarici təcrübə qazanır. Məqsəd dövrün tələbinə uyğun ixtisaslı kadr hazırlığına nail olmaqdır. “Universitet - sənaye əlaqələrinin keyfiyyət təminatının əsas problemləri” adlı onlayn beynəlxalq  konfransda ali məktəbdə ölkə iqtisadiyyatının kadr tələbatı nəzərə alınmaqla qida, tekstil, metallurgiya, İKT, turizm kimi 20-dən çox ixtisas üzrə mütəxəssis yetişdirildiyinə diqqət çəkilib. Qafqazda texnoloq-mühəndis yetişdirən ilk universitet olaraq təməlinin ulu öndər Heydər Əliyev tərəfindən qoyulan UTECA şəffaf və çevik universitet adını da qazanıb. Təhsil Nazirliyinin Müştəriyə yönəlmə Proqramı çərçivəsində universitetin 34 müəssisə ilə fəal əməkdaşlığından, universitet texnoparkında 10-a yaxın çeşiddə məhsul istehsalından söz açılıb. Yubileylə əladəar olaraq universitetin bir qrup əməkdaşı döş nişanı, Fəxri Fərman və medallara layiq görülüb.