KepezTV Player
Xəzərdə ovlanması qəti qadağan edilən nərə cinsli balıqların satışı ilə məşğul olan iki nəfər – Rüfət Əliyev və Hacıağa Aslanov müəyyən edilib. Polis əməkdaşları tərəfindən həmin şəxslərə məxsus obyektlərə baxış zamanı xeyli miqdarda nərə cinsli balıq aşkar olunaraq götürülüb. Araşdırma zamanı onların müvafiq icazələri olmadan nərə cinsli balıqların qeyri-qanuni satışını təşkil etdikləri məlum olub. Polis İdarəsində hər iki şəxs barəsində qanunla nəzərədə tutulan qaydada tədbir görülüb.
- Baxış: 661