• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1985
— 26.12.2020 18:14

Genişmiqyaslı dezinfeksiya aparılıb

KepezTV Player

Karantin rejiminə uyğun olaraq Gəncədə dizinfeksiya işləri davam etdirilir. Bu dəfəki dizinfeksiya işlərinə də suçiləyici avtomobillər eləcə də Mənzil Komunal Təsərrüfat İstehsalat Birliyinin canlı qüvvəsi cəlb edilib. Şəhər ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsdi daşıyan işlər Nizami Gəncəvi prospektindən başlanlılıb. Yollar və səkilər xüsusi məhlullarla yuyulub, həmçinin şəhərin Fikrət Əmirov adına parkda oturacaqlar, uşaq atraksionları 40 nəfərdən ibarət briqadalar vasitəsilər xüsusis çiləyici aparatla dərmanlanıb.

İlqar Əsədov MKTİB-in rəis müavini: Şənbə bazar günləri citimai nəqliyyat işləmir. Əhali evdə olur. Onunla əlaqədar olaraq biz bunu genişləndirilmiş şəkildə edirik, maşın mexanizmlərini də cəlb edirik. Ancaq həftənin digər günlərində dizinfeksiya işi dayanmır. Tərəfimizdən hər gün mütamadi olaraq xüsusi təlim keçən mabil qruplar tərəfindən gündəlik dizinfeksiya işləri aparılır. Yaşayış parklarında, xiyabanlarda və halinin bir başa təmasda olduğu hissələrdə.