KepezTV Player
Gəncədə köşkdə partlayıcı pirotexniki vasitələr aşkarlanıb. Bu polisin əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələr və pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində yoxlamaları zamanı müəyyən edilib. İctimai asayişin pozulmasına səbəb olan bu halı Nizami rayon Polis İdarəsinin əməkdaşları üzə çıxarıb. Şəhər sakininin icarə əsasında işlətdiyi köşkdə aşkar edilərək götürülən pirotexniki vasitələrlə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.<br>
- Baxış: 381