• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1622
— 24.12.2020 18:00

Psixonevroloji Sosial Xidmət Müəssisəsi yeniləndi

KepezTV Player

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Göygöldə yerləşən 3 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsinin əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilməsi mərasiminə də qatılıb. Nazir həssas əhali qruplarına göstərilən dövlət qayğısından, oların cəmiyyətə inteqrasiya imkanlarının artırılmasından danışıb. Bu il Lənkəran, Xaçmaz, Şirvan və Şəki Reabilitasiya Mərkəzlərinin müasir tələblərə uyğun qurularaq istifadəyə verildiyini vurğulayıb. Göygöldə 116 nəfər üçün nəzərdə tutulan müəssisədə sakinlərin stasionar şəraitdə rahat yaşayışı və sosial-reabilitasiyası üçün müasir şərait yaradılıb. Psixonevroloji Sosial Xidmət Müəssisəsində yaradılan şəraitlə tanış olan rəsmlər imkanları yüksək qiymətləndiriblər.

Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri:Yaxın vaxtlarda Sumqayıt Reabilitasiya Müəssisəsinin, Şağan Müalicə Pansionatının, Şamaxı  Psixonevroloji Sosial Xidmət Müəssisəsinin də əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə veriləcəyini deyib. Həmçinin Şəmkir və Qəbələ şəhərlərində 50 çarpayılıq Uşaq Reabilitasiya Mərkəzlərinin tikintisinin davam etdiyini diqqətə çatdırıb.