• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1198
— 24.12.2020 17:57

Qapalı məkanlarda polis nəzarəti davam edir

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə şəhər ərazisindəki supermarketlərdə, apteklərdə və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda, eləcə də dövlət və özəl müəssisələrdə gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirir. Obyektlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb ediliblər. Tədbir zamanı polislər tərəfindən sahibkarlar, eləcə də alıcıların diqqətinə sanitar-karantin qaydalarına ciddi əməl etməklə fəaliyyət göstərməyin vacibliyi çatdırılıb.