• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1577
— 24.12.2020 12:52

Mənzil-məişət şəraiti yaxşılaşdırılır

KepezTV Player

Gəncədə 103 mənzil şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə verilib. Mənzil İnşaatı Dövlət Agentliyinin inşa etdirdiyi yaşayış kompleksindən alınan mənzillər tam təmirli şəkildə bu kateqoriyadan olanlara təqdim edilib. Mənzillərin açarlarının təqdim edilməsində Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, bu il şəhid ailələri və müharibə əlillərinə 1300-dən çox mənzil və fərdi ev verilib. Həmçinin bu il  müharibə əlillərinə verilməsi planlaşdırılan 400 avtomobilin böyük əksəriyyəti artıq təqdim edilib. Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin sosial müdafiələrinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davam xarakter daşıdığı vurğulanıb.

Rövşən Əsədov Qarabağ Müharibəsi əlili: Cənab prezidentə minnmətdaram. Bizi evlə təmin etdi. Bizim üçün ikiqat sevinc oldu. Mənzil şəraitim çox pis idi. Kiarayədə qalırdıq. İndidə mənzillə təmin etdi. Bunadan artıq nə etməlidir.

Gülyaz Həmidova Qazinin həyat yoldaşı: Mənim yoldaşım 1994-cü ildə Müharibədə bir ayağını itirib. Ev növbəsində dayanmışdıq. Prezidentimizin allah canına sağlıq versin bu gün bizi evlə təmin etdi. Bir mən yox bütün ailə üzvlərim sevinir. İki dəfə sevinirik həm müharibənin qələbəsi həmdə bu gün prezidentimizin ad günüdür. Dünya durduqca prezidentimiz yaşasın.