• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 747
— 24.12.2020 12:39

Bələdiyyə üzvləri qazilərin qayğıları ilə maraqlanıb

KepezTV Player

Gəncənin Kəpəz Bələdiyyəsinin üzvləri isə Vətən müharibəsi qazilərini ziyarət edərək, onların qayğıları ilə maraqlanıblar. Mayor Hüseyn Dadaşovun evində olan bələdiyyə üzvləri ərzaq məhsullarından bağlamanı qazinin ailəsinə təqdim ediblər. Eləcə də maddi yardım göstərilib. Müharibədə əsgər və zabitlərimizin qəhrəmanlığından söz açılıb, torpaqlarımızın işğaldan azad edilməsinin tarixi ədalətin bərpası, Azərbaycannın hərbi-siyasi qələbəsi olaraq dəyərləndirilib.

Hüseyn Dadaşov qazi: Şuşa istiqamətində yaralandım. Maşınımızı vurdular.Şükür Allaha salamatçılıqdı.

Bələdiyyə üzvləri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Elvin Xanquliyevin də evində olublar. Qazi ilə söhbət zamanı erməni silahlılarının azərbaycan əsgərləri qarşısında acizliyindən, əldə edilən qələbədə nümayiş etdirilən rəşadətdən danışılıb. Öz komandirini təxliyə etmək istəyərkən yaralanan Elvin Xanquliyev ərazi bütövlüyümüzün bərpa edilməsinə görə sevincli olduğunu bildirib. Mina partlaması nəticəsində yaralanan qazinin promlemləri ilə maraqlanılıb, ərzaq və maddi yardım göstərilib.

Elvin Xanquliyev qazi: Ermənilər görsünlər ki ayaq can itirmək bizim üçün boş şeydi. Vətən uğrunda olursa bunlar bizə adi gəlir.

Elnur Həsənov Kəpəz bələdiyyəsinin sədr müavini: Dövlətimizin şəhid ailələrinə və qazilərə daima xüsusi diqqət ayırdığını deyib. Gəncə də  Şəhər rəhbərliyi o cümlədən Kəpəz Rayon Bəllədiyyəsi də sıx-sıx  yardım kampaniyalı təşkil edir. Bu proses gələcəkdə daha geniş şəkildə davam etdiriləcək.