• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1633
— 24.12.2020 11:40

Neyron şəbəkəsi aşağı keyfiyyətli fotoları sonsuzadək yaxşılaşdırmağı öyrəndi

Polislər ilə bağlı serial və filmlərdə görmək olar ki, onlar aşağı keyfiyyətli foto və ya videodan hansısa şəxsin təsvirini, avtomobil nömrəsini əldə edirlər. Əvvəllər xüsusi xidmət orqanlarında bu cür texnologiyaların olub-olmadığı bilinmir. Lakin neyron şəbəkə texnologiyalarının mövcduluğu ilə bu artıq reallığa çevrilib. Kaliforniya Universitetinin tədqiqatçıları Nvidia şirkəti ilə birlikdə bu cür alqoritmin iş prinsipini sərgiləyiblər. Yaradılmış yeni neyron şəbəkəsi aşağı keyfiyyətli fotonu keyfiyyətli fotoya çevirə bilir. Yeni neyron şəbəkəsinin əsas üstünlüyü ondan barətdir ki, o, ilkin fotonun keyfiyyətini yüksəltmək üçün fotonu tam şəkildə deyil, onun ayrı-ayrı fraqmentlərini analiz və təsvir edir. Fotoda müəyyən yerin koordinatlarının əldə edilməsi halında bu lokal funksiya ətraf mühit üzrə olan əlamətlərin təsvirlərindən istifadə edir və güman olunan pikselləri yaradır. Nəticədə bu, ilkin fotonun render olunmasına imkan verir. Sözügedən neyron şəbəkəsinin təlimatında DIV2K adlı datasetdən istifadə olunub. Bu dataset 2K keyfiyyətində olan minlərlə fotodan və onların 2 dəfə, 3 dəfə, 4 dəfə kiçildilmiş versiyalarından ibarətdir. Alqoritm qarşısında qoyulmuş əsas tapşırıq isə ondan ibarət idi ki, o ilk öncə fotonun keyfiyyətini aşağı salmalı, daha sonra isə onu əvvəlki vəziyyətinə qaytarmalı idi.