• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2345
— 23.12.2020 20:17

Gəncədə stasionar postda COVID-19 xəstələri müəyyən edilib

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşları tərəfindən koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir. Bu tədbirlər çərçivəsində şəhər  ərazisində qurulan stasionar postda virusa yoluxan şəhər sakinləri Cavid Allahverdiyevin və Dilbər Məmiyevanın karantin qaydalarına zidd davranaraq müalicə aldıqları ünvanı tərk etdikləri müəyyən edilib. Bundan başqa şəhərin girişində qurulan stasionar postda şəhər  ərazisinə daxil olmaq istəyən 2 nəfər sürücünün koronavirus infeksiyasının daşıyıcıları olduqları aşkarlanıb. Müvafiq yoxlama zamanı Daşkəsən rayon sakinləri Əli Aqayev və Boris Rzayevin COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin olunduğu və yaşayış yerini tərk etməməsi barədə xəbərdar edildiyi müəyyən edilib.Karantin qaydalarını kobud şəkildə pozan həmin şəxslərin polis əməkdaşları tərəfindən yaşadıqları ünvana qaytarılmaları təmin olunub. Faktlarla bağlı toplanmış materiallar araşdırılması üçün Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsinə göndərilib.