• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1722
— 18.12.2020 10:35

Ata və oğul münasibətləri

KepezTV Player

“Bir ata yüz müəllimə əvəzdir”-deyib Corc Herbert. Cəmiyyəti mövcud olduğu gündən bəri evlad  tərbiyəsi ən aktual , eyni zamanda  çətin, və məsuliyyətli  iş hesab olunur. Uşaq tərbiyəsində-əxlaqi keyfiyyətlərin formalaşması,ilk həyati biliklərin qazanılması məhz ailədən başlayır. Araşdırmalar göstərir ki,ovlad  tərbiyəsində atanın payı daha çoxdur.  Ailədə uşaq-valideyn münasibətində də əsas müəyyənedici amil daha cox atanın mövqe və davranışları ilə bağlıdır. Onun uşaqlara qarşı sərgilədikləri yanaşma formaları, hadisələr qarşısında nümayiş etdirdiyi mövqe, oynadığı oyunlar atayla  uşaq arasındakı əlaqənin istiqamətini və formasını müəyyən edir..

Ailədə ata ilə sağlam bir əlaqəyə malik uşaqların ümumi xüsusiyyətlərinə nəzər saldıqda, düşündüyünü həyata keçirən, sərbəst qərarlar ala bilən, özünə inamı son dərəcə yüksək, fərdi mənada tolerant, ictimai şüuru yüksək, vətənpərvər  fərdlər kimi yetişdiyini görə bilərik.

Unutmayaq ki, övladlarımıza göstərdiyimiz münasibət, nəinki bizim öz gələcəyimizi eyni zamanda vətənimizin bütövlüyünü təmin etmək üçün, yığdığmız sərvətdir. O \"sərvəti\" elə toplayaq ki, sabah onlara möhtac qalanda vicdan əzabı çəkməyək...