• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1472
— 23.12.2020 16:20

Qazi təntənə ilə qarşılandı

KepezTV Player

Vətən Müharibəsində yaralanaraq qazi olanlar sırasında müddətdən artıq hərbi qulluqçu kiçik çavuş 27 yaşlı Təbriz Əlizadə də var. Bu gün Xocalı sakinləri Goranboy rayonunun Meşəli kəndində yaralı çavuşu təntənə ilə qarşılayıblar. Qarşılanma mərasimində yaralının yaxınları və doğmaları ilə yanaşı Xocalı rayon İcra Hakimiyyətinin rəsmləri də iştirak ediblər. Təbriz Əlizadənin keşdiyi döyüş yolundan və Azərbaycan orduusunun qazandığı qələbədən danışılıb. Kiçik cavuşun Talış istiqamətindən başlayan və Murovdağa qədər davam edən döyüş yolu xatırlanıb. Yaralanaraq hərbi hospitala yerləşdirilən Təbriz Əlizadə ölkə prezidenti tərəfindən “Cəsur döyüşçü” medali ilə təltif olunub.

Təbriz Əlizadə qazi Çox qürurlu bir hissdir. Allah şəhidlərimizə rəhmət eləsin. Şəhid analarınınq arşısnda baş əyirik.

Cəmilə Əliyeva qazinin anası  30 ildir gözlədiyimiz torpalqar balalarımızın canı qanı bahasına alındı. Prezidentimizin əsgərlərimizin döyüşən ordumuzun sayəsində qələbə qazandıq.

İlqar Əliyev qazinin qardaşı Bu Azərbaycanın qələbəsidir. Bütün Azərbaycanın bu gün uğurudur. Möhtərəm prezidentimizin allah canını sağ eləsin allah orudmuzu qorusun. Bütün orduda qalanların canı sağ olsun.

 

Natiq Hüseyn