• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1376
— 23.12.2020 16:10

DTX-nın yeni inzibati binasının açılışı olub

KepezTV Player

Dövlət Təhlükəsizliyi Xidmətinin Şuşa rayon idarəsinin yeni inzibati binasının açılışı olub. Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, Xidmətin kollegiya üzvləri, digər hüquq mühafizə orqanlarının və ərazi üzrə qarnizonun yüksək rütbəli zabitləri iştirak ediblər. Binanın qarşısında 3 rəngli bayrağımız qaldırıb, Dövlət himni səsləndirilib. DTX-nın Şuşa Rİ-nin müasir üslubda təmir edilən yeni inzibati binasının otaqları və əməliyyatçıların iş şəraiti ilə tanışlıq olub. Keçirilən xidməti müşavirədə Vətən müharibəsində Azərbaycanın çoxəsrlik tarixinin və hərbi uğurlarının yeni şanlı və şərəfli səhifəsinin yazıldığına diqqət çəkilib. DTX-nin rəisi Şuşa Rİ-nin şəxsi heyəti qarşısında konkret vəzifələr qoyub. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Şuşa qarnizonunda xidmət edən hərbi qulluqçular ilə görüşüb. Xidmətin Mədəniyyət mərkəzi tərəfindən məşhur Cıdır düzündə 30 ildən sonra ilk dəfə təşkil olunan konsert proqramına tamaşa ediblər.