• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1733
— 23.12.2020 16:06

Doğum günü münasibəti ilə prezident İlham Əliyevə həmkarları tərəfindən məktublar gəlir

KepezTV Player

Çin Xalq Respublikasının Sədri Si Cinpin, Tacikistan Prezidenti Emoməli Rəhmon, Özbəkistan lideri Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Ukraynanın dövlət başçısı Vladimir Zelenski, Xorvatiya rəhbəri Zoran Milanoviçin bu məqsədlə yolladıqları təbrik məktublarında ölkələrimiz arasındakı qarşılıqlı əlaqədən, gələcək münasibətlərin perspektivindən söz açılıb. Azərbaycanın şanlı qələbəsinin Cənubi Qafqaz regionunda davamlı inkişafın təmin edilməsi üçün böyük əhəmiyyətə malik olduğu vurğulanıb. Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayev isə deyib ki, bu il Azərbaycan üçün Zəfər ili oldu. Bu, tarixi məqamdır.