• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 854
— 23.12.2020 12:03

Şəhid ailələrinə dövlət qayğısı

KepezTV Player

Vətən müharibəsində qəhrəmanlıq göstərən igid oğullarımızdan biri də baş leytinant Elşən Abdullayevdir. Təcürbəli  zabit olan Elşən müharibənin ilk günlərindən döyüşə atılıb. Onun başçılıq etdiyi  bölük Qubadlı, Cəbrayıl, Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Düşmənin xeyli sayda canlı qüvvəsi və texnikasını məhv edib. Döyüşlərin birində isə şəhid olub. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov baş leytinantın ailəsində olub, şəhidin valideyinləri ilə görüşüb. Onların qayğıları dinlənilib. Baş leytinant Elşən Abdullayevin döyüş meydanında göstərdiyi qəhrəmanlıq dövlət tərəfindən yüksək qiymətləndirilib, Ölüündən sonra “Vətənə xidmətə görə” ordeni ilə də təltif olunub.

Şəhid Mirhüseyn Seyidzadə müddətdən artıq hərbi qulluqçu kimi vətən müharibəsində iştirak edib. Həmişə nümunəvi xidməti ilə komandirlərinin rəğbətini qazanıb. O, döyüş meydanında hərbiçi yoldaşları ilə düşmənə ağır zərbələr vurub. Füzuli və Cəbrayılın,eləcə də kəndlərinin azad olunmasında əsil qəhrəmanlıq göstərərək adını hərb tariximizə igid hərbiçi kimi yazdırıb. Şəhər rəhbərliyi şəhidin ailə üzvləri ilə görüşüb. Şəhidin keçdiyi şərəfli döyüş yolundan danışılıb. Mirhüseyn Seyidzadə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Əsgər Anar Məmmədov da vətən müharibəsində igidlik göstərən hərbçilərdəndir. Sentyabırın 29-da  müharibəyə yollanaraq Qubadlı, Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Şəhər rəhbəri şəhidin ailəsi ilə görüşərək onların problemlərini dinləyib, həlli istiqamətində göstəriş verib. Şəhid Anar Məmmədovun döyüş meydanındakı qəhrımanlığı gələcək nəsillər üçün örnək olacaq. Onun bu qəhrəmanlığı dövlət tərəfindən “Vətənə xidmətə görə” ordeni ilə qiymətləndirilib.

Baş gizir Amal Əhmədov da 44 günlük vətən müharibəsinin qəhrəmanlarındandır. O, müharibə başlıyandan döyüşə yollanıb. Gizir torpaqlarımızın işğaldan azad edilməsində igidlik göstərib. Şəhər rəhbəri Niyazi Bayramov gizirin ailə üzvləri görüşüb. Amal Əhmədov oktyabırın 13-də Füzuli uğrunda gedın döyüşlərdə şəhid olub. Ölümündən sonra isə qəhrəmanlığı dövlət tərəfindən “Vətənə xidmətə görə” ordeni ilə təltif edilibmedalla qiymərləndirilib.