• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2070
— 23.12.2020 12:20

Gəncədə silsilə oğurluq edən şəxs saxlanılıb

KepezTV Player

Gəncədə silsilə oğurluq hadisələrinin üstü açılıb. Bu müxtəlif vaxtlarda edilən ümumilikdə 10 cinayəti törədən şəxsin ələ keçməsi ilə mümkün olub. Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin və Nizami rayon Polis İdarəsinin əməkdaşlarının bu istiqamətdə araşdırmaları davam edir. 

Əvvəllər dəfələrlə məhkumluq həyatı yaşayan Gəncə sakini Anar Qurbanov şəhər ərazisində silsilə oğurluqlar törətməkdə şübhəli bilinir. O son belə oxşar cinayəti şəhər sakini Şahin Aslanovun mağazasında törədib. Çağırılmamış qonaq 4820 manat dəyərində kserokopiya cihazını və ofis ləvazimatlarını oğurlayıb.

Şahin Aslanov zərərçəkən Səhərə gələndə gördüm mağazada olub. Dərhal polisə müraciət etdim. Polis tez gəldi və oğruları müəyən etdilər.

Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Anar Qurbanovun buna qədər 9 oxşar cinayəti də üzə çıxıb. Eyni üsulla ev mağaza və ofislərə qənim kəsilən olan şəxsin vurduğu ziyan da az deyil.  

Eşqin Qasımov DİN-in mətbuat xidmətinin əməkdaşı Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş,  41 yaşlı Anar Qurbanov cari ilin aprel və dekabr aylarının müxtəlif  vaxtlarında şəhər ərazisindəki 4 fərdi yaşayış evindən, 5 mağaza və 1 köşkə qanunsuz olaraq daxil olaraq oradan ümumi dəyəri 12.469 manat olan müxtəlif növ məişət əşyaları, tütün və qida məmulatları, geyim əşyaları, xalça, mobil telefon və kompyuter avadınlaqrını oğurlayıb.

Saxlanılan şəxs ələ keçirdiyi qəniməti dəyər-dəyməzinə satdığını etiraf edib. Maddi sübutların bir qismi isə tapılaraq istintaqa təhvil verilib.

Anar Qurbanov - saxlanılan şəxs Qıfılları qırırdıq. Eləsi olurdu şüşəsini sındırıb girib götürürdüm. Nə bilim siqaret sərinləşdirici içkilər nə əlimə keçdi yığıb gətirirdim. Gətirib mağazaya verib satırdım. Pul axtarırdım pul olmurdu. Elə olurdu qəpik olurdu götürürdüm. Evlərə girib baxırdım. Qab yuyan maşın olurdu götürürdü. Satılası əşyaları götürürdüm.

Hazırda saxlanılan şəxsin digər anoloji cinayətlərdə iştirakı və cinayət ortaqlarının olub-olmadığı araşdırılır. Başlanılan cinayət işi üzrə araşdırmalar aparılır.

Natiq Hüseyn