• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 919
— 23.12.2020 09:18

Azərbaycan ilk peyvənd əldə edən ölkələrdən biri olacaq

KepezTV Player

Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın videokonfrans formatında iclası keçirilib. Vurğulanıb ki, Prezident və Birinci vitse-prezidentin təşəbbüsü ilə Azərbaycan ilk peyvənd əldə edən ölkələrdən biri olacaq. Səhiyyə müəssisələrində vaksinləmə prosedurları müəyyən olunmuş normalara uyğun həyata keçiriləcək və müvafiq protokollar tərtib ediləcək. Sərtləşdirilmiş xüsusi karantin rejiminin icrasına nəzarətin gücləndirilməsi də müzakirə edilib.