• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1530
— 23.12.2020 09:28

830 şəhidin bank borcu silinib

KepezTV Player

Müdafiə Nazirliyinin rəsmi siyahısında yer almış şəhidlərdən banklar qarşısında kredit öhdəliyi olan 830 şəhidə aid,1503 kredit üzrə həm əsas borc, həm də faizləri silinib. Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyasının həyata keçirdiyi tədbirlə, eyni zamanda, şəhidlərimizin ailə üzvlərinə aid olan 286 sayda, xəsarət almış hərbçilər üzrə 1323 sayda kreditin, şəhid olmuş 15 nəfər və ciddi zərər çəkmiş 9 nəfər mülki şəxsin borc öhdəliklərinin tamamilə silinməsi təmin olunub. Şəhidlərin ləğv prosesindəki banklar üzrə olan borcları da güzəştdən kənarda qalmayıb. Bu borc öhdəliklərinin silinməsilə bağlı məsələ bu günlərdə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müzakirəsinə çıxarılacaq.