• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1339
— 22.12.2020 20:33

İran su və elektrik sahəsini bərpa etməyə hazırdır

KepezTV Player

İran Azərbaycanın işğaldan azad olunan ərazilərində su və elektrik sahəsini bərpa etməyə hazırdır.<br>Bu ölkənin energetika naziri Rza Ərdəkanianın sözlərinə görə, bu istiqamətdə çoxlu sayda İran şirkəti əməkdaşlıq etməyə razıdır.İki ölkə arasında su və elektrik sahələrində müxtəlif əməkdaşlıqları xatırladan nazir Azərbaycan və İranın dünyada sərhəd çaylarının birgə istismarında uzun keçmişə sahib ölkələrdən olduğunu deyib. Bildirib ki, Xudafərin və Qız Qalası su hidroqovşaqlarının istismarı və iki ölkə arasında enerji mübadiləsinin müddətinin uzadılması haqda müzakirələr aparılır.