• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1375
— 22.12.2020 20:11

Ermənistan vətəndaşı Mkrtçyan Lüdviq Mkrtçoviç həbs edilib

KepezTV Player

Azərbaycanlı əsirlərə işgəncə verən 51 yaşlı Ermənistan vətəndaşı Mkrtçyan Lüdviq Mkrtçoviç həbs edilib.Onun barəsində Hərbi prokurorluğun verdiyi təqdimata Bakı Hərbi Məhkəməsində baxılıb. Tutulmuş və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərə fiziki ağrılar və ya psixi iztirablar vermə maddəsi ilə təqsirli bilinən Mkrtçyan barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.Mkrtçyan Vətən Müharibəsində əsir götürülən erməni hərbçilər arasında olub.O,Birinci Qarabağ savaşında erməni əsirliyində olan azərbaycanlılara xüsusi amansızlıqla işgəncə verib. Həmin faktlar üzrə 2000-ci ildə Azərbaycanın Hərbi Prokurorluğunda cinayət işi başlanıb.