• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1527
— 22.12.2020 16:33

Şəhidlərin şərəfinə ağaclar əkildi

KepezTV Player

Samux rayonunda Vətən müharibəsi şəhidlərin əziz xatirəsi ağacəkmə aksiyası ilə yad edilib. Aqrar İnkişaf Könüllüləri Təşkilatı ilə Kənd Təsərrüfatı Nazirliyinin Həmkarlar İttifaqı Birliyinin birgə təşəbbüsü ilə xüsusi ayrılan ərazidə  50-ə yaxın Eldar şamı ağacı əkilib. Könüllülər tərəfindən reallaşan ekoloji aksiya çərçivəsində yaşıllaşdırılan ərazinin ətrafında təmizlik işləri də aparılıb.

Aytən Əliyeva könüllü: Gələcək nəsillər bu ağacları gördükdə həm şəhidlərimiz xatırlasınlar onları heç vaxt unutmasınlar, həm bu vətənimizin necə alındığını tökülən qanları xatırlasınlar. Bilsinlər ki, bu vətən sadəcə bir torpaqdan ibarət deyil. Bu vətən onun altında yatan şəhidlərdən ibarətdir.

Pərvin Camalova Aqrar İnkişaf Könüllüləri Təşkilatının Samux rayon üzrə nümayəndəsi: Bununla biz çalışırıq şəhidlərimizin ruhunu əbədiləşdirək. Şəhidlər ölmür, şəhidlər hər zaman xalqımızın qəlbində yaşayır. Şəhidləri yaşatmaq bizim borcumuzdur. Biz hər zaman Samux könüllüləri olaraq şəhidlərimizi yad etmişik, onların ailələrini ziyarət etmişik, qəbirlərini ziyarət etmişik. Bununla bağlı təbirlərimizi hər zaman keçirmişik və keçirməkdə də davam edəcəyik.