• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1252
— 22.12.2020 16:23

Şəhid ailələri diqqət mərkəzindədir

KepezTV Player

44 günlük vətən müharibəsində  Gəncədən şəhid olan soydaşlarımızdan biri də leytinant Nağı Həşimovdur. O, 22 yaşında torpaqlarımızın işğaldan azad olunmasında şəhadətə ucalıb. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhidin ailəsinə baş çəkib. Ailənin qayğıları ilə maraqlanıb. Bilikli zabit kimi müharibə dövründə bir çox ərazilərin işğaldan azad edilməsində iştirak edən Nağı Həşimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Anar Həşimov şəhidin atası: Onun ilk sözləri o idi ki, vətən, torpaq, Qarabağı almaq idi. Tam hazır idi. Ordudan çox razı idi. Orduda olan ruh yüksəkliyindən, inkişafdan yeni gələn texnikalardan yüksək səviyyədə danışırdı.

Əsgər Taleh Mustafazadə də torpaqlarımızın azadlığı üçün silaha sarılan igid oğullarımızdan olub. O, sentyabırın 29-da vətən müharibəsinə könüllü yollanıb. Şəhər rəhbərliyi şəhidin valideynləri ilə görüşüb söhbət edib. Şəhidin atasının müalicəsi üçün göstəriş verib.  Taleh Mustafazadə Füzuli, Şuşa, Xankəndi istiqamətində gedən döyüşlərdə igidlik göstərib. Noyabırın 8-də isə döyüş meydanda şəhadətə ucalıb. Onun bu qəhrəmanlığı dövlət tərəfindən də yüksək qiymətlənidirilib.

Qətibə Hacıyeva şəhidin bibisi: Vətənpərvər idi. Dedik atan xəstədir getmə, dedi ki, yox atam evdə anam da ona baxır mən gedirəm vətəni qorumağa. Çox gözəl insan idi, cəsur idi.  Nə qədər çiyinində yoldaşlarını çıxarıb. 2 km aralıda deyir ki, məni maşına qoyandan sonra bir də qayıdıb ki, gedim görüm yaralı varsa onu da çıxarım.

Şəhid çavuş Taleh Abdullayev də  vətən müharibəsinin qəhrəman, qorxmaz, igid döyüşçü kimi xatırlanır. O, Füzuli, Cəbrayıl rayonları və kəndləri uğrunda gedən döyüşlərdə düşmənə ağır zərbələr vurub. Onun bu qəhrəmanlığı hərbçi yoldaşlarında da əhval-ruhiyyəni qaldırıb. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhidin ailəsinə baş çəkib. Onların qayğıları ilə maraqlanıb. Şəhidin ailəsinin qarşılaşdığı problemlərin tez bir zamanda aradan qaldırılması üçün göstəriş verib. Çavuş Taleh Abdullayev ölümündən sonra "Vətən uğrunda"medalı ilə təltif olunub.