• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1915
— 22.12.2020 16:16

Türk istehkamçılar minatəmizləmə əməliyyatlarında

KepezTV Player

Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdə olan minadan təmizləmə üzrə heyəti xüsusi hazırlanmış mühəndis şəhərciklərində mühəndis təminatı tapşırıqlarının yerinə yetirilməsi üzrə məşqlər keçirir. Müdafiə Nazirliyindən verilən məlumata görə, məşqlər zamanı istehkamçılar ərazinin kəşfini aparır, xüsusi avadanlıqdan və təlim keçmiş itlərdən istifadə etməklə minaların aşkar edilməsi və zərərsizləşdirilməsi üzrə təlim tapşırıqlarını icra edir. Hazırlıq prosesi bitdikdən sonra türkiyəli mütəxəssislər Azərbaycan torpaqlarının minalardan təmizlənməsi prosesinə cəlb olunacaq.