• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 833
— 22.12.2020 12:36

Şəhidlər ölməzdir!

KepezTV Player

Şəhidlər bizim fəxrimiz, qürur mənbəyimizdir. Onlar heç zaman  unudulmayacaq. Vətən sağ olsun deyərək öz canları hesabına tarix yazanlardan biri də Eltac Quliyevdir.

Vətənpərvərlik eşqi, cəsurluq, ərazi bütövlüyünün bərpası. Canı hesabına tarix yazanlar. Hansı ki, hər birinin arzusu, xəyalı, məqəsədi Vətənin azadlığı, düşmən taptağından azad edilməsi idi. Şəhid Quliyev Eltac da Vətən Müharibəsi başlayandan könüllü olaraq döyüşə atılanlardan olub.

Azər Quliyev şəhidin atası: Döyüşlərin 33-cü günündə Laçının Birinci kəndində şəhid olub. Telefonla danışanda yerini söyləmirdi. Hər gün maraqlanırdı ki, onu yenidən xidmətə çağırıblar? Vətəninə, millətinə böyük sevgisi var idi. İçində fırtına var idi, bu isə sonunda biruzə verdi.

Nəinki valideynləri, onu tanıyan hər kəs Eltacın Vətənə çox böyük sevgisi olduğunu deyir. Füzulidən Laçınadək döyüş yolu keçən Eltac hərbi xidmətdə də nümunəvi əsgər olub.

Aytən Dadaşova şəhidin anası: Öz övladı ilə qürur və fəxr duyduğunu dedi. Gəncəyə edilən raket zərbələrindən sonra tez-tez əlaqə saxlayırdı. Dövlətimiz Sağ olsun Prezidentimiz Sağ olsun Topraqlarımız alındı mən rahatlıq tapdım ki şəhidlərimizin qanı yerdə qalmadı. Torpağını elini obasını sevən biri olub.

Leyla Hətəmova şəhidin bibisi qızı: Hərbiyə böyük həvəsi var idi, dəftərlərin arxasında tank şəkli çəkirdi. Vətənini millətini sevən olub. Fizulinin, Zəngilanın, Qubadlının azad olunmasında iştirak etmişdi.

Döyüşlərdə göstərdiyi şücaətə, yaralı əsgər yoldaşlarına etdiyi köməkliyə görə, şəhid əsgər “Vətən uğrunda” medalı ilə təltif olunub.

Xəyal Quluzadə