• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1070
— 22.12.2020 10:20

Koronavirusun qripdən dəfələrlə ölümcül olduğu müəyyən edilib

KepezTV Player

SARS-CoV-2 koronavirusu mövsümi qripdən dəfələrlə ölümcüldür.Müxtəlif ölkələrdə aparılan müstəqil tədqiqatların nəticəsində bu qənaətə gəlinib.Mütəxəssislər 16 mindən çox qripdən müalicə alan amerikalı haqqında məlumatları təhlil ediblər.Hər iki qrupdakı insanların orta yaşı həddi 69 olub.Koronavirus xəstələri arasında ölüm nisbəti 18,5 %, qrip xəstələri arasında isə 5,3 % müəyyənləşib. COVID-19 xəstələrində ölüm ehtimalı qrip xəstələrindən, təxminən beş dəfə çox olub.Koronavirus infeksiyası olan xəstələr arasında ən yüksək ölüm riski 75 yaşdan yuxarı, həmçinin böyrək xəstəliyi, diabet və ya piylənmə xəstələrində müşahidə edilib.