• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 830
— 22.12.2020 10:46

Yeni qaydalar necə olacaq?

KepezTV Player

Əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçiriləcək. Bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik təklif edilir.Qüvvədə olan qanuna görə, əmək pensiyaçısı vəfat etdikdə, onun dul həyat yoldaşı yeni nikah bağladıqda və qanunla müəyyən edilən əmək pensiyasına və əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda həmin halların yarandığı gündən əmək pensiyasının ödənişi dayandırılır. Dəyişikliyə əsasən, artıq ödəniş həmin halların yarandığı gündən deyil, həmin halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılacaq.Milli Məclisdə qəbul olunacağı təqdirdə bu qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minməlidir.