• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2165
— 22.12.2020 10:06

Ərazilərin bərpası üçün ayrılacaq vəsait

KepezTV Player

Qarşıdakı 4 il ərzində işğaldan azad olunmuş ərazilərin bərpası layihələrinə ayrılacaq vəsaitin həcmi məlum olub.2022-ci ildən başlayaraq hər il əsaslı vəsait qoyuluşu hesabına işğaldan azad olunmuş ərazilərin bərpası layihələrinə 1,5 milyard manat vəsait ayılacaq.“Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən isə, işğaldan azad olunan ərazilərə böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin bərpası və yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturların yaradılması məqsədi ilə 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat ayrılacaq.