• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1653
— 22.12.2020 09:36

Vətəni üçün canından keçdi

KepezTV Player

Bu vətən hər birimizin anasıdır və dar günündə onu qorumaq hər birimizin borcudur. Çünki vətən sevgisi imandandır. Bircə gün vətənin keşiyində durmaq bütün dünyadan və dünyanın içindəkilərdən daha xeyirlidir. Bu yolda itki yoxdur: Ya şəhidlik var, ya da qazilik....

Bu gün haqqında danışacağımız şəhid 1996-cı ilin yazında- mayın 3-də dünyaya göz açmışdı. Doğulanda sadə, hamı kimi bir oğul övladı olan Amal kim bilərdi ki, gün gələcək, həsrətində olan torpaqlarımızın bizə qaytarılmasında şəhidlik zirvəsinə ucalacaq. Hansı ki,  o uca məqam hər kəsə qismət olmaz.

Mehriban Əhmədova şəhidin anası: Döyüş yoldaşları gəldi onun igidliyindən danışdı.

Bütün Azərbaycan bu gün eyni şuarı səsləndirir,  “Başını dik tut, şəhid anası”. Elə bizdə Mehriban xanıma bu cümlə ilə müraciət elədik. Axı o qadın elə bir anadı ki, bütün xalq onun əlindən öpür, qarşısında baş əyir. “Şəhid anası”... adi bir hərflərin düzülüşü ilə əmələ gələn söz birləşməsi, amma əslində özündə nələri cəmləşdirir. Bəli sadəcə nələr deyirəm, çünki bunun layiqli açıqlamasını heç birimiz verə bilmərik.

Mehriban Əhmədova şəhidin anası:  Mən oğlumla fəxr edirəm.

Amal 10 yaşı olanda atasını itirir və ailənin bütün yükünü çiyinləri üstünə alaraq, anasına dayaq, bacısına həm ata həm qardaş olur. Qız uşaqları atalarına bağlılığı ilə seçilirlər, Əsmər isə Amala bağlı olub, dərdini-sərini onunla bölüşüb, indi ona heç olmadığı qədər çətindir, amma tək təsəllisi uğrunda can verdiyimiz torpaqların işğaldan azad olunmasıdır.

Əsmər Əhmədova şəhidin bacısı: Evimiz Amalın xatirələri ilə doludur.

Amalın bir dostu var idi, Anar... Orta məktəbdə bir oxuyub bir böyüyən dostlar elə bir ilin içində vətən müharibəsində şəadətə yüksəldilər. Qafar həm qardaşını, həm dostunu itirib amma əsl Azərbaycan vətəndaşına xas olaraq məğrur dayanır.

Hər kəs öz qəlbində yaşayar fəslini nə sənin qışın başqasını üşüdər nə də başqasının yazı səni isidər. Lakin Şəhidlərimizin yoxluğu hər birimizi üşüdür. Əziz qəhrəmanımız Əhmədov Amil Rauf oğlu, bu gün sənin qanın qarışdığı torpaqlar işğaldan azaddır, biz qalib xalqın nümayəndəsi olaraq, sənin timsalında bütün şəhidlərimizlə fəxr edirik... Ruhun şad olsun...

Nərgiz Əhmədqızı