• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1644
— 21.12.2020 19:43

Yoluxanların sayının azalması arxayınlıq yaratmamalıdır

KepezTV Player

Artıq koronavirusa yoluxanların sayında azalma müşahidə edilir və sağalanların sayında artım tendensiyası var. Bu bir tərəfdən görülən tədbirlərin nəticəsi olaraq qəbul edilsə də heç də arxayınlqı yaratmamalıdır. Hamı üzərinə düşən məsuliyyəti anlamalıdır.

Ehtiyac yoxdursa evdən çölə çıxmamaq, ictimai nəqliyyat və taksidən istifadəni məhdudlaşdırmaq, sıx əlaqədən, ünsiyyətdən çəkinmək, əlləri tez-tez yumaq, maskadan və spirtdən istifadə etmək. Bütün bunlar ilin əvvəlindən bütün dünyanı lərzəyə salaraq onu  çarəsiz qoyan karanavirus xəstəliyinə yoluxmamağın ən vacib sayılan qaydalarındandır. Bunun üçün də mütəxəsislər də karantin rejimi qaydalarına mütləq şəkildə əməl olunmanın vacibliyini bildirir. Son günlər ölkədə yoluxanların sayının azalması isə insanlarda arxayınlıq yaratmamalıdır. Çünki arxayınlaşıb qaydalara əməl etməmək, virusun yenidən geniş yayılmasına səbəb ola bilər.

Özümüzü eləcə də yaxınlarımızı karonavirusdan qorumaq istiyiriksə verilən tövsiyyələrə əməl etməliyik.

Elnur Vahidoğlu