• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1416
— 21.12.2020 19:30

Hərbi polis təhlükəsizliyin təmin edilməsində iştirak edir

KepezTV Player

Azərbaycan Ordusunun hərbi polis bölmələrinin hərbi qulluqçuları azad edilən ərazilərdəki yaşayış məntəqələrində və qoşunların dislokasiya yerlərində təhlükəsizliyin təmin edilməsində iştirak edir. Naryadlar yaşayış məntəqələri və hərbi nəqliyyatın hərəkət marşrutlarındakı stasionar və səyyar postlarda sutkaboyu xidmət aparır, buraxılış rejiminə, xidmət və döyüş növbətçiliyi zamanı hərbi qulluqçular tərəfindən günün nizam qaydalarının yerinə yetirilməsinə nəzarəti təşkil edir. Hərbi polis həmçinin, müxtəlif istiqamətlərdə açılan nəzarət-buraxılış məntəqələrində patrul xidmətini həyata keçirir, əraziyə daxil olan texnikanın uçotunu aparır, mühüm hərbi obyektlərin mühafizəsini təşkil edir, kolonların müşayiətini təmin edir.