• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1060
— 21.12.2020 15:59

Şuşa və Xankəndidə müasir seysmoloji stansiyalar yaradılacaq

KepezTV Player

Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində işğaldan azad olunan ərazilərdə əvvəllər fəaliyyət göstərmiş stansiyaların yenidən qurulmasına hazırlıq gedir. Mərkəzin baş direktoru Qurban Yetirmişlinin sözlərinə görə, Füzuli və Ağdam rayonlarının ərazilərində artıq neçə illərdir ki, seysmik stansiyalar fəaliyyət göstərir. Yaxın perspektivdə Kəlbəcərdə, Cəbrayılda, Şuşada, Xankəndidə və başqa rayonlarda da ən müasir seysmoloji məntəqələrin və stansiyaların yaradılması, həmin bölgədə elmi-tədqiqat işlərinə başlanılması nəzərdə tutulur. Həmçinin, Qarabağ ərazisində su hövzələri, onların su tutumu, hansı təyinatla istifadə edildiyi və seysmik dayanıqlılığı barədə araşdırmalar üçün layihələr hazırlanır. Bölgədə 24 su anbarı var və demək olar hamısı qəzalı vəziyyətdədir.