• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2282
— 21.12.2020 15:57

Şuşaya köçün vaxtı açıqlandı

KepezTV Player

“Güman edirəm ki, ən azından, gələn ilin yayında bir qisim insanın Şuşaya köçürülməsi baş verəcək”. "Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı" İctimai Birliyinin sədri, Şuşa şəhərində qiymətləndirmə və inventarlaşdırma işləri ilə bağlı şəhərdə səfərdə olan Faiq İsmayılovun sözlərinə görə, hazırda Şuşanın tam su təchizatı ilə bağlı az iş qalıb, bu istiqamətdə işlər yekunlaşır. “Generatorlar vasitəsilə bütün şəhər işıqlandırılır. Şəhərdə 3-5 mərtəbəli binalar var ki, onlar dağdılmayıb. Həmin binalar təmir olunmalıdır. Onlar asanlıqla bərpa olunacaq və insanlar tezliklə ora köçürüləcəklər” - deyə Faiq İsmayılov bildirib.