• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2362
— 21.12.2020 12:06

Paşinyanın dostu:İndi torpağın sahibi gəlib deyir ki, çıxın!

KepezTV Player

“26 il öncə başqasının ölkəsinə girib, orada ağalıq edir, evlər tikir, mədən istismar edirdiniz. İndi torpağın sahibi gəlib deyir ki, çıxın, biz isə bunun razılaşmaya daxil olmadığını söyləyirik. Budur sizin səviyyəniz? Öz iş masamı sizin evə qoysam, xoşunuza gələr?”. Bunu məşhur erməni biznesmen Armen Martirosyan öz feysbuk profilində yazıb. Ermənilərin etiraz və hədələrindən sonra biznesmen paylaşımını silib, eyni zamanda profilini bağlayıb.

Martirosyan Ermənistan baş nazir Nikol Paşinyanın yaxın dostudur.