• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1610
— 21.12.2020 09:06

Cəbhəboyu ərazilərdə hərbi sursat aşkarlanıb

KepezTV Player

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə Ağdam, Ağcabədi, Füzuli, Tərtər və Xocavənd rayonları ərazisində mərmilərin aşkar olunması barədə 20 müraciət daxil olub. Aparılan əməliyyat-axtarış tədbirləri zamanı 123 ədəd partlamamış hərbi sursat, 3 ədəd bombacıq, 30 ədəd tank əleyhinə mina və 42 ədəd partlamış mərmi qalıqları aşkarlanıb.Agentliyin partlayış qrupu tərəfindən 111 ədəd mina və partlamamış hərbi sursat zərərsizləşdirilib.