• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1430
— 21.12.2020 09:13

Daha yoluxucu COVID-19 tipi aşkarlanıb

KepezTV Player

Böyük Britaniyanın səhiyyə naziri Mett Hankok ölkədə SARS-CoV-2-nin yeni versiyasını aşkarladıqlarını elan edib. Bu koronavirusun daha sürətlə yayılan növüdür.Hankok peyvəndlər vurulana qədər mutasiyaya uğramış formanı nəzarət altına almağın çətin olacağını deyib.Buna görə də, məhdudiyyətləri qarşıdakı bir neçə ayda da davam edəcək.Baş nazir Boris Conson açıqlamasında səhiyyə institutları tərəfindən virusa B.1.1.7 SARS-CoV-2 adı verildiyini və 70% daha çox yoluxucu ola biləcəyini deyib. Niderland, Fransa, İtaliyadan sonra İsveç, Bolqarıstan, Latviya, Avstriya, Almaniya, Estoniya da Böyük Britaniya ilə gediş-gəlişi dayandırıb. Britaniyadan başqa, Danimarka, Niderland və Avstraliyada da mutasiyaya uğramış yeni növ virus aşkarlanıb.