• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 829
— 20.12.2020 22:08

"Qarabağ" azlıqda qalan "Qəbələ" ilə heç-heçə etdi

KepezTV Player

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turunda "Qəbələ" "Qarabağ"ı qəbul edib.Qəbələ şəhər stadionundakı qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Qonaqların heyətində Uroş Matiç 16-cı dəqiqədə penaltidən yararlana bilməyib. 30 yaşlı serbiyalı yarımmüdafiəçinin zərbəsini qapıçı Anar Nəzirov dəf edib.İlk hissə qolsuz bərabərliklə yekunlaşıb. İkinci yarının əvvəllərində "Qarabağ" istəyinə çatıb. Filip Ozobiç 51-ci dəqiqədə fərqlənib. "Qəbələ" 70-ci dəqiqədə azlıqda qalıb. Rövlan Muradov ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 83-cü dəqiqədə isə meydan sahibləri bərabərlik qolunu vurub. Braziliyalı hücumçu Rafael Utriq "Qarabağ"ı mərkəzə dəvət edib.Xallarının sayını 20-yə çatdıran Ağdam klubu liderdir. "Qəbələ" isə 12 xalla hələ ki, 6-cı sıradadır.