• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1084
— 20.12.2020 21:51

Məktəblilərin “Qarabağ Azərbaycandır!” xalçası

KepezTV Player

44 günlük vətən müharibəsində qazanılan qələbəni hərə bir cür bayram edir. Şəmkirli şagirdlər isə əsgərləri öz hədiyyələri ilə sevindirmək niyyətindədirlər - öz əllləri ilə toxuduqları “Qarabağ Azərbaycandır!” xalçası ilə.

Ülvi Quliyev şagird:Mən 7-ci sinifdə oxuyuram. Əsgərlərimizin qazandığı bu qələbə münasibəti ilə onlara bu xalçanı hədiyyə edirik.

Şəmkirin Ağlavaşlı kənd məktəbi şagirdləri bu nəcib təşəbbüsü elə təhsil aldıqları müəssisədə reallaşdırıblar. Toxuduqları xalça qazanılan qələbədə pay sahibi olan əsgərləri sevindirmək niyyətyi daşıyır.

Gülçin Ələkbərova şagird:Biz qələbə günü münasibəti ilə onlara belə hədiyyə etmək qərarına gəldik və Qarabağ Azərbaycandır! adlı xalça toxuduq.

Ağlavaşlı kənd tam orta məktəbindən xalçaçılıq da daxil olmaqla bir çox dərnəklər fəaliyyət göstərir. Ötən il şagirdlər xalçaçılıq dərnəyində dövlət rəmzlərimizi özündə əks etdirən əl işləri ilə diqqət çəkiblər. Toxunan bütün xalçalar rayon Təhsil Şöbəsinə təhvil verilib.

Maarifə Qasımova məktəbin direktoru:Belə fikirləşdik ki, biz də bu sevinicimizə öz töhfəmizi verək. Şuar belə odlu “Qarbağ Azərbaycandır!” Uşaqlarla söhbət etdik. Biz də xalçaçılıq dərnəyi var. Ancaq burada bir dəstə, qrup yox, iki nəfər şagird seçdik. Sosial məsafəni gözləmək şərti ilə xalça toxunur və bu gün ərsəyə gəlir.

“Qarabağ Azərbaycandır!” xalçasının kəsimini kəndin Vətən Müharibəsində şəhid verdiyi Qurban Qəzənfərlinin anası reallaşdırıb. Yaxın günlərdə xalça əsgərlərimizə təqdim olunacaq.