• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1182
— 20.12.2020 21:47

Marketlərdə gigiyenik qaydalara əməl olunurmu?

KepezTV Player

İndi marketlər ən çox getdiyimiz məkanlardandı. Bunun üçün orada gigiyenik qaydalara əməl olunması vacib şərtlərdəndir.Bəs əhalinin ən çox üz tutduğu bu yerlərdə xüsusi karantin qaydalarına əməl olunurmu? Bunu qarşıdakı sujetdən öyrənəcəyik.

Gəncədə bütün marketlər səhər saatlarından əhalinin xidmətindədir. Müştərilər əllərinə spirt vurduqdan sonra içəri daxil ola bilir. Ərzağın daşınması üçün marketlərdə olan bütün arabalar, eləcə də əl səbətləri mütamadi olaraq dezinfeksiya edilir. Obyektlərdə xüsusi yerlərə müştərilərin və satıcıların 2 metr ara məsafə saxlaması barədə xəbərdarlıq elanları yapışdırılıb.

Rövşən Rzayev alıcı:Çox gözəl hamıya məsləhət görürəm ki, tibbi maskadan istifadə etsin birinci öz sağlamlığı üçün ikinci də kənarda olan vətəndaşlarımızın sağlamlığı üçün lazımdır. Spirtdən də istifadə edirəm. Hamıya məsləhət görürəm ki, ara məsafəsini gözləsinlər.

Elşən Əfəndiyev alıcı:Mən də maskadan istifadə edirəm. Məsləhət görürəm ki, əlləri sabunla, spirtlə yusunlar. Ailə tərkibə də sağlam olsun.

Elçin Məmmədov alıcı:Qaydalarımıza riayət etmək, əlcəkdən, maskdan istifadə etmək, əlləri dezinfeksiya etmək lazımdır. Bu bizim üçün, yaxınlarımızın sağlamlığı üçün lazımdır.

Un məmulatları, ət, süd, meyvə və tərəvəz satılan bölmələrdə müştərilərin məhsullara toxunması yolverilməzdir. Bunun üçün satıcılar xüsusi ilə diqqətli olurlar.

Rövşən Şirinov inzibatçı: Pandemiyanın şərtlərinə riayət edərək qoruyub saxlayırıq. Müştərilərilərlə təmasda olduqda belə özümüz ara məsafəsini qoruyub saxlayırıq. Müştərilərin maskası aşağı olduqda belə biz onlara çatdırıq ki, belə olmaz. Ümumiyyətlə market axşam bağlanmamışdan qabaq belə yerlər, ətraf dizinfeksiya edici vastələrlə təmizlənilir, silinir. Kassa işçilərimiz belə əllərini monitora toxundurduqda təmizlənilir ki, pandemiyya yayılmasın. Bizdə onunla bağlı daha aktiv işləyirik.

Market və mağazalar müştərilərə səhər saat 8-dən gecə saat 12-ə kimi xidmət göstərirlər. Gigiyenik qaydalara əməl etməyi unutmayaq! Bu, həm özümüzün, həm də yaxınlarımızın sağlamlığı üçün vacibdir.

Elnur Vahidoğlu