• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1100
— 20.12.2020 21:40

Vətən müharibəsinin qalib giziri

KepezTV Player

Hər bir oğulumuz vətən müharibəsində göstərdiyi igidlik, qəhrəmanlıqla adlarını tariximizin şanlı səhifələrinə yazdırdılar. Tariximizdə yeni bir dövr açdılar. Bu cür oğullarımızın şücayəti dövlət tərəfindən də yüksək qiymətləndirilib. Belə qorxmaz, igid hərbiçilərimizdən biri də qazi gizir Vüsal Qasımovdur.

Onun uşaqlıq arzusu idi hərbiçi olmaq. Erməni taptağı altında olan torpaqlarımızı azad etmək istəyi idi onu hərbiyə cəlb edən. Vüsal Qasımov ordu sıralarında olduğu 8 il ərzində nümunəvi xidməti ilə diqqət çəkib. Vətən müharibəsi dövründə Talış kəndi, Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub və döyüşlərin birində ağır yaralanıb.

Vüsal Qasımov qazi: Heç bir əsgərimiz, heç bir zabit, gizirlərimiz qorxmadıq ürəklə irəli atıldıq. Erməni əsgər və zabitləri ancaq qabağımızdan qaçmaq ilə məşğul idi. Qabağımızda çıxıb döyüşə bilmirdilər. Fəxr edirəm ki, işğalda olan torpaqlarımızı aldıq.

Qazinin atası da 35 ilə yaxın hərbidə gizir kimi xidmət edib. Birinci Qarabağ döyüşlərində vuruşub. Ata onun yolunu davam etdirən qəhrəman oğulu ilə fəxr edir. Dövlət tərəfindən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi isə onu daha çox sevindirir.

Məhərrəm Qasımov qazinin atası: Biz bacarmadığımızı bu gün bizim övladlarımız bacardı. Bizim ailə elə ailə olub ki, 1905-ci ildə babam erməni müsalman müharibəsini görüb, 1941-45-ci il Böyük vətən müharibəsini atam gördü, Birinci Qarbağ müharibəsini mən özüm gördüm, İkinici Qarabağ müharibəsini, qalib müharibəni mənim oğlum Vüsal gördü. Başımı uca elədi. Onun timsalında döyüşüb gələn övladlarımızın hamısının başı uca olsun. Ali baş komandan sağ olsun, onun əməyini qiymətləndirdi.

Elminaz Qasımova qazinin anası: Müharibəyə getdi, heç bizə müharibəyə getməyini demədi. İki gün zəng çatmadı atasına dedim ki, zəng et görək Vüsaldan nə xəbər var. Bizə demişdi ki, paliqona getmişəm. İki-üç gündən sonra zəng etdi ki, hər şey yaxşıdı. Heç yaralandığnı da bizə demədi. Bir gündən sonra dedi ki, yaralanmışam. Göydə Allah yerdə həkimlərin vastəsi ilə sağaldı gəldi. Ali baş komandana da təşəkkür edirəm ki, mənim oğlumu qiymətləndirdilər.

Qazinin indi tək arzusu var. Müalicəsi bitdikdən sonra yenidən uğrunda döyüşdüyü Qarabağda qalib ölkənin qalib hərbiçisi kimi xidmətini davam etdirmək. O, torpaqlarda alını açıq, başı uca gəzmək.

Elnur Vahidoğlu