KepezTV Player
Dövlət Sosial Müdafiə Fondu tərəfindən şəhid ailəsi üzvlərinə müvafiq sosial ödənişlərin təyinatı işləri davam etdirilir.<br>Fond Vətən müharibəsi şəhidlərinin ailə üzvlərindən artıq 1300-dək şəxsə sosial təminat növləri üzrə ödənişlərin – Prezidentin aylıq təqaüdünün, həmçinin pensiya və müavinətlərin təyinatını həyata keçirib. Şəhid olan hərbi qulluqçuların ailə üzvlərinin və müharibə iştirakçılarının sosial təminat hüquqlarının təminatına operativ dəstək göstərilməsi xüsusi diqqətdə saxlanılır.
- Baxış: 158