• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2107
— 18.12.2020 16:10

Dağlıq Qarabağ münaqişəsi artıq tarixdir

KepezTV Player

İndi Dağlıq Qarabağ münaqişəsi haqqında yalnız keçmiş zamanda danışmaq olar. Qarabağda atəşkəs rejimi qorunub saxlanılır və getdikcə daha da möhkəm olacaq. Bu fikirləri Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edərkən söyləyib. Bu məsələdə Vladimir Putinlə tam razı olduğunu qeyd edən dövlət başçısı Rusiyanın Qarabağda sülhməramlı missiyasına toxunub. “Missiya Azərbaycanın müvafiq strukturları ilə daim əlaqədədir. Üçtərəfli Bəyanatın imzalanmasından ötən təxminən ayyarımda atəşkəsin pozulması ilə bağlı cəmi bir insident olub. İnsident bir gündə aradan qaldırılıb, atəşkəs rejimi qorunub saxlanılır, düşünürəm ki, gündən-günə daha da möhkəmlənəcək” deyə prezident vurğulayıb.Həmçinin bildirib ki, müharibə dünya kütləvi informasiya vasitələrində kifayət qədər geniş işıqlandırılıb, lakin təəssüf ki, heç də həmişə obyektiv işıqlandırılmayıb. Buna baxmayaraq, aramsız səylərlə həqiqətin dünya birliyinə çatdırılmasına nail olunub.**Azərbaycanda pandemiya ilə mübarizə tədbirlərindən də danışan prezident həkim çatışmazlığının ümumi problem olduğunu bildirib.  Vaksinləmə proqramı gələn ilin əvvəlində başlanacaq, könüllü olacaq və dövlət hesabına həyata keçiriləcək.