• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1990
— 18.12.2020 16:06

Şəhidlik zirvəsinə ucalan müəllimlər

KepezTV Player

Rabil və Rəşad. Müəllim, döyüşçü, şəhid. Gəncənin orta məktəblərindən olan bu iki müəllim təbaşiri silaha dəyişərək Vətən müharibəsinə qatıldılar. Ölmək yox, öldürmək üçün gedənlərin ali istəkləri də reallaşıb, həm torpaqlarımız düşmən taptağından qurtulub, həm də şəhidlik zirvəsinə ucalıblar. Qəhrəmanlıqları da diqqətdən kənarda qalmayıb.

Vətən müharibəsində Gəncədən ilk şəhid müəllim Rabil İsmayılovdur. 14 saylı məktəbdə riyaziyyat fənnini tədris edən leytinant Ağcabədi, Fizuli, Xocavənd uğrunda gedən döyüşlərdə əsil qəhrəmanlıq nümayiş etdirib. Savadlı müəllim olduğu kimi döyüşlərdə də bacarıqlı hərbiçi olaraq özünü göstərib. Şücayəti, igidliyi ilə ad çıxrarıb.

Ali məktəbi də fərqlənmə diplomu ilə bitirən qəhrəman müəllim işlədiyi orta məktəbdə ən yüksək bal toplayaraq qəbul olub. Onun vətənpərvərliyi, savadı kollektiv və şagirdləri tərəfindən xoş xatirələr kimi yadda qalacaq.

16 saylı məktəbinin tarix müəllimi Rəşad Məmmədov isə Tovuz döyüşlərindən sonra könüllü olaraq ordu sıralarına yazılmışdı. Vətən müharibəsi dövründə isə Füzuli və Xocavənd istiqamətindəki döyüşlərdə  qəhrəmancasına vuruşub. Noyabırın 8-də Şuşa uğrunda gedən döyüşlərdə vətənimizin şanlı tarixini həmişə şagirdlərinə aşılıyan Rəşad müəllim özü də tarixə şəhid müəllim kimi adını yazdırıb.

İşlədiyi təhsil müəsisəsində həmişə vətənpərvərliyi ilə seçilən Rəşad müəllim qəhrəman əsgər kimi də xatırlanacaqdı.

Hər zaman şagirdlərinə işğalda olan torpaqların tez bir zamanda azad olunacağını deyən müəllimlərin indi ruhları şaddır. "Vətən uğrunda" medalı ilə təltif olunan müəllimlər şəhadətləri ilə həmkarları, agirdləri, elə bizim üçün də qəhrəman olaraq daim yaşayacaqlar.

 

Elnur Vahidoğlu