KepezTV Player
Əmək Məcəlləsinə yeni maddə əlavə edilir. Milli Məclisin bu gün keçirilən plenar iclasında hər il sentyabrın 27-si Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olan şəhidlərin xatirəsini yad etmə günü - Anım Günü kimi təsdiqlənib. Digər dəyişikliyə əsasən, noyabrın 8-i Zəfər Günü olaraq iş günü hesab olunmayan bayram günlərinə aid edilib.
- Baxış: 173