• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 884
— 18.12.2020 12:08

Şəhər və rayonların Baş Planı hazırlanacaq

KepezTV Player

"Erməni işğalından azad edilən bütün şəhər və rayonların Baş Planı hazırlanacaq". Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatovun sözlərinə görə, Qarabağın yenidən qurulması zamanı mədəni - tarixi abidələrin özünəməxsusluğu qorunub-saxlanılacaq. Həmçinin yüksək standartlı, yeni kənd və qəsəbələrin yaradılması qarşıya məqsəd qoyulub. Bərpa işlərinə yerli mütəxəssislərlə yanaşı, xarici mütəxəssislərin də cəlb edilməsi planlaşdırılır. "İşğaldan azad olunan ərazilərin bərpasına müxtəlif yanaşmalar var. Məsələn, Şuşa tarixi şəhərdir, burda bir sıra mədəniyyət abidələrinin bərpası nəzərdə tutulur. Amma elə şəhər və rayonlar var ki, tamamilə dağıdılıb. Bu tipli ərazilərin qurulmasında fərqli yanaşmalar olacaq. Həmin şəhərlər ən müasir tələblərə əsaslanaraq tam yenidən qurulacaq", - deyə İlqar İsbatov qeyd edib.