• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1327
— 18.12.2020 12:13

Göygöldən Laçına getmək mümkün olacaq

KepezTV Player

Göygöl rayonundan Kəlbəcər rayonuna yeni avtomobil yolu çəkiləcək. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, yol Murovdağdan keçməklə, Göygölün Toğanalı kəndindən Kəlbəcər şəhərinə, oradan isə İstisuya qədər - 102 km olacaq. Yolun 3 zolaqdan ibarət olması dağlıq ərazilərdə yük maşınlarının minik maşınlarına mane olmaması məqsədi daşıyır. Bundan başqa, Kəlbəcər rayonundan Laçın rayonuna da dairəvi avtomobil yolunun tikintisi planlaşdırılır. Həmçinin Qubadlı-Laçın avtomobil yolunun tikintisi, Horadiz-Cəbrayıl-Zəngilan-Qubadlı avtomobil yolunun isə yenidən magistral yol kimi çəkilməsi nəzərdə tutulur. Eləcə də relyeflə əlaqədar olaraq Şuşaya çəkilən yeni yolun layihəsində dəyişikliklər edilir. Ümumi uzunluğu 100 kilometrə yaxın olacaq yol Topxana meşələrinin ətəyindən keçməklə Daşaltı kəndinə, oradan isə Şuşa şəhərinə çəkiləcək. Bir il yarıma hazır olacaq yolun tikintisinə Türkiyənin dağ şəraitində yol çəkən 2 şirkəti də cəlb edilib.