• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1875
— 18.12.2020 12:10

Laçın və Naxçıvan dəhlizlərinin açılması müzakirə edilir

KepezTV Player

Qarabağda müharibədən sonra atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Ağdamda tikintisi davam edir. Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycana göndəriləcək personalın generalın rəhbərliyi altında hazır vəziyyətdə olduğunu bildirib. Türkiyəli nazir vurğulayıb ki, Türkiyədən Azərbaycana göndərilən istehkamçılar həm təlim keçəcək, həm də mina axtarma əməliyyatları aparacaqlar. Hulusi Akar Qarabağın bir hissəsində ermənilərin yaşadığını və rusların sülhü qorumaq çərçivəsində orada olduqlarını açıqlayıb. O qeyd edib ki, Türkiyə hərbçilərinin varlığı Türkiyə-Azərbaycan arasındakı məsələdir: “Ruslar iddia edirlər ki, Türkiyə hərbçiləri ermənilərin olduğu yerdə olsa, problem yaranar. Biz bu məsələni Azərbaycanla müzakirə edəcəyik. Atəşkəsə büyük ölçüdə riayət edilir. Ruslar bu məsələdə diqqətlidirlər. Prosesləri nəzarətdə saxlayırıq” - deyə Akar bildirib. Nazir Naxçıvan və Laçın dəhlizlərinin nə vaxt açılacağı məsələsinə aydınlıq gətirib. O, bunun qarşıdakı dövrdə gerçəkləşəcəyini söyləyərək bildirib ki, Azərbaycan, Rusiya və Ermənistan bu məsələni müzakirə edirlər.